Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.27 ABŞ dolları, yaxud da 1.51 % azalaraq 82.45 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0.49 ABŞ dolları və ya 0.69 % azalaraq 81.76 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.