EN

Bakıda hamilələri nikah şəhadətnaməsi olmadan doğum evinə buraxmırlar?

"Bu gün qohumumuz uşaq dünyaya gətirib. Xəstəxananın qapısından qadını içəri buraxmırdılar ki, nikah kağızı olmasa, doğuma ala bilmərik. Kağızı güc-bəla ilə evdən tapıb, şəklini çəkdirib atıblar, sonra xəstəni qəbul ediblər".

Publika.az xəbər verir ki, belə bir paylaşım sosial şəbəkədə paylaşılıb.

Vətəndaş: "Qanunvericilikdə belə bir maddə var, yoxsa xəstəxananın özünün qoyduğu "qanun"dur?" - sualını verib və qeyd edib ki, söhbət Bakıxanov qəsəbəsindəki 2 nömrəli doğum evindən gedir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb. Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq belə bir halın yaşanmadığı diqqətə çatdırılıb.

Chosen
115
5
publika.az

2Sources