EN

Ağır vəziyyətdə KTM-ə gətirilən 68 yaşlı xəstə həyata qaytarılıb » Medical Media


01.08.2024-cü il tarixində 68 yaşlı xəstə Hepatit B, şəkərli diabet, keçirilmiş insultdan sonrakı vəziyyət, proqramlı hemodializ diaqnozları ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə daxil olub. 

Yoluxucu Xəstəliklər şöbəsinə qəbul edilən xəstə müayinələrdən keçirildikdən sonra müalicə prosedurları başlanılıb.

Şöbə müdiri, infeksionist Xatirə Əliyeva və müalicə həkimi həkim-infeksionist Leyla Nağıyevanın icra etdiyi intensiv zəruri müalicələrdən sonra xəstənin səhhətində müsbət dinamika müşahidə edilib. Hazırda vəziyyəti stabildir.

Yoluxucu Xəstəliklər şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Chosen
10
medicalmedia.az

1Sources