1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Salyan şəhərində 44 yaşlı kişi bıçaqlanıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin B.Talıblı küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Yusif Adil oğlu Əsgərov kəsilmiş-deşilmiş bıçaq yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.