EN

Azad edilən ərazilərdə işləmək istəyənlərin nəzərinə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan "Cebheinfo.az"a verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair təsdiqedici sənədin surəti;

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

"Cebheinfo.az"

Chosen
48
7
cebheinfo.az

8Sources