EN

7 aylıq hamilə qadını ilan sancdı – Vəziyyəti... + FOTO

İlan sancması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 7 aylıq hamilə qadının həyatı xilas edilib.


Sfera.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Aydın Nuri bildirib.


“İlan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, 7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub”.


Aydın Nuri qeyd edib ki, xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçirilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb. Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.


Ülkər Abdurahmanlı


 

Chosen
41
25
sfera.az

10Sources