EN

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürəti 100 Mbit/s-yə, 60 Mbit/s internet sürəti 150 Mbit/s-yə, 100 Mbit/s sürəti isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır, hər Mbit/s üçün ödəniş məbləği isə 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

www.anews.az
Chosen
67
49
anews.az

10Sources