EN

"Mynumber.az"da istədiyin nömrəni "SİMA İmza" ilə sifariş et!

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. "SİMA İmza" ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum "MyGroup Holdinq" MMC olub.
Qeyd edək ki, "SİMA İmza" holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata keçirən "MyNumber" şirkətinin rəsmi saytına inteqrasiya edilib. İnteqrasiya sayəsində "mynumber.az" saytından mobil nömrə sifariş edən vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, "SİMA İmza" sahibi olan hər kəs "mynumber.az" saytının yuxarı sağ küncündə yerləşdirilən SİMA bölməsinə klikləyib QR kodu skan etməklə məlumat bölməsini avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla reallaşdırmaq və vətəndaşın adına rəsmiləşdirmək mümkündür.
Qeyd edək ki, "SİMA İmza"nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə, mobil telefona "SİMA İmza" tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
49
oxu.az

10Sources