EN

Ağır tənəffüs xəstəliklərindən əziyyət çəkənlərlə bağlı yeni tapıntı » Medical Media

Şəkil: Pixabay

Avstraliyada aparılan araşdırmalar, yağ turşusu istehsalında rol oynayan "OLAH" adlı fermentin səviyyəsinin ümumi tənəffüs xəstəliklərindən ciddi şəkildə təsirlənən və ya ölən insanlarda daha yüksək ola biləcəyini ortaya qoyub.


Medicalmedia.az
xəbər verir ki, "Cell" jurnalında dərc olunan Avstraliya araşdırmasında, ümumi tənəffüs yolu xəstəlikləri olan ağır mövsümi qrip, Covid-19 və respirator sinsitial virus (RSV) olan xəstələr müayinə edilib.


Müayinə nəticəsində məlum olub ki, bu xəstəliklərdən “ağır sağalmış” və ya bu xəstəliklərdən dünyasını dəyişən şəxslərin bəzilərində OLAH fermenti nisbətən yüngül keçirmiş şəxslərlə müqayisədə daha çoxdur.

Sözügedən araşdırmanın bəzi insanların niyə yoluxucu xəstəliklərdən çox təsirləndiyini, bəzilərinin isə daha asan sağaldığını izah edə biləcəyi ifadə edilib.

BƏSTİ
Chosen
75
medicalmedia.az

1Sources