EN

Google Pixel Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

     Google şirkətinin Made by Google tədbiri çərçivəsində təqdim etmiş olduğu daha bir məhsul Pixel Buds Pro 2 adlı yeni naqilsiz qulaqlıq olub. Google şirkətinin sözlərinə əsasən bu yeni qulaqlıq hal-hazırda bazarda mövcud olan ən rahat naqilsiz qulaqlıqdır və Tensor A1 prosessoru sayəsində o, daha öncəki Pixel Buds Pro-dan fərqli olaraq 2 dəfə daha çox ətraf səs-küyü boğur. Bundan əlavə olaraq Pixel Buds Pro 2 vasitəsilə Google Gemini rəqəmsal köməkçisi ilə ünsiyyət qurmaq olar.     Yeni qulaqlıqlar xüsusi formaya sahib olduqları üçün onlar qulaqlarda yaxşı şəkildə yerləşirlər. Bununla yanaşı qulaqlıqların gövdələri IP54 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahibdirlər. Şarj keysi isə IPX4 standartı üzrə sudan qorunur. Qulaqlıqlardan hər biri özündə 3 ədəd mikrofonu, sensorlu idarəetmə panelini və Find My Device funksiyası üçün nəzərdə tutulmuş səsgücləndiricini əldə edib. Qulaqlıqlar 11 mm-lik audio drayver ilə təchiz olunublar.     Onlarda olan batareyalar sayəsində qulaqlıqlar ətraf səs-küyün boğulması funksiyasının deaktiv olduğu halda 12 saat ərzində, bu funksiyanın aktiv olmadığı halda isə 8 saat ərzində çalışa bilirlər. Şarj keysi vasitəsilə 5 dəqiqəlik şarj prosesi sayəsində qulaqlıqlar 1.5 saat ərzində çalışırlar. Qulaqlıqlarda reallaşdırılmış Gemini Live dəstəyi sayəsində istifadəçi smartfondan istifadə etmədən qulaqlıqlar vasitəsilə rəqəmsal köməkçiyə müraciət edə, onunla dərin dialoqlar qura və ona müxtəlif suallar verə bilər. Pixel Buds Pro 2 sentyabr ayının sonunda satışa çıxacaq və onun qiyməti 229$ təşkil edəcək.

Chosen
146
19
technote.az

10Sources