EN

Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün Bakının Xəzər, Qaradağ və Yasamal rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Milli.Az bildirir ki, avqustun 14-də saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin 21,5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə "Lökbatan" QPS-də sənaye qaz xətlərinin yeni quraşdırılmış kollektor üzərinə köçürülməsi, əhali qaz xətti üzərində klapanın quraşdırılması və modul ölçü qovşaqlarında təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
106
32
milli.az

10Sources