Bakı. Trend:
Avqustun 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlkidövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə,axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxsqismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.