EN

ABŞ-nin Suriyadakı bazasına hücum olub


Suriyanın “Deyr əz-Zor” əyalətində Suriyanın “Koniko” qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iki amerikalı məmur “Reuters” agentliyinə məlumat verib.
Agentliyin məlumatına görə, atılan mərmilər hədəfə çatmayıb və bazanın yaxınlığında düşüb.
İlkin məlumatlara görə, hücum nəticəsində itki qeydə alınmayıb.
Mənbələrin sözlərinə görə, hərbi bazaya 6 mərmi atılıb. ABŞ-nin rəhbərlik etdiyi koalisiya hücuma artilleriya atəşi ilə cavab verib.
Qeyd edək ki, avqustun 5-də axşam İraqın qərbindəki Ənbar əyalətindəki Amerikanın Ayn əl-Əsəd aviabazasına da iki raket zərbəsi endirilib. Nəticədə 5 ABŞ hərbçisi və iki podratçı yaralanıb.
ABŞ müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant İraqdakı aviabazaya hücumu “təhlükəli eskalasiya” adlandırıblar.
Chosen
93
16
yeniavaz.com

10Sources