EN

Çilidə dünyanın ən böyük mis mədənində çalışan işçilər tətilə başlayıblar

Çilinin şimalındakı “Escondida” mis mədənində işçilər iş şəraitinin yaxşılaşdırılması üçün “BHP Billiton” ilə razılığa gələ bilmədikləri üçün tətilə başlayıblar.

APA xəbər verir ki, bu barədə “Emol” internet portalı məlumat yayıb.

Məlumata görə, müəssisədə 2800 işçini birləşdirən həmkarlar ittifaqı əmək müqavilələrinin şərtlərinin yaxşılaşdırılması ilə bağlı danışıqlardan sonra “Escondida”ya nəzarət edən şirkətin son təklifini rədd edib. Tətilçilər dünya bazarında misin qiymətinin artması fonunda maaşların artırılmasını tələb edirlər.

Tətilin bitmə tarixi hələ müəyyən edilməyib. Həmkarlar ittifaqı rəhbərliyi xəbərdarlıq edib ki, uzunmüddətli tətil ehtimalını nəzərdən keçirir.

Qlobal mis istehsalının təxminən 5%-i “Escondida”nın üzərinə düşür. 2017-ci ildə mədən işçilərinin tətili 44 gün davam edib və bu, bu metalın dünya qiymətinin artmasına səbəb oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
6
apa.az

10Sources