EN

Domenikali: Belə bir rəqabət səviyyəsi heç vaxt olmayıb

F-1.az xəbər verir ki, gəlirlərin artmasına qismən aprel-iyun aylarında 2023-cü illə müqayisədə iki yarış daha çox keçirilməsi səbəb olub.

Müvafiq olaraq, komandalara mükafat ödənişləri də artıb – 26% artaraq 344 milyon dollara çatıb.

Formula1-in icraçı direktoru və prezidenti Stefano Domenikali, həmçinin qeyd edib ki, iqtisadi artımın əsas amillərindən biri dünya çempionatında rəqabətin kəskin şəkildə artması olub ki, bu da tamaşaçı marağına müsbət təsir göstərib.

Domenikali Liberty Media investorları qarşısında çıxış edərkən vurğulayıb: “Bir çox meyara görə rəqabət heç vaxt bu qədər yüksək səviyyədə olmayıb. Gözləyirəm ki, mövsümün qalan hissəsindəki yarışlar da azarkeşlərimiz üçün çox maraqlı olacaq. Gələcəyə baxsaq, mübarizənin daim artan kəskinliyi 2025-ci il üçün həyəcanverici perspektivlər vəd edir.

Bu mövsüm çempionatın ilk 14 yarışında traslarda 3.7 milyon tamaşaçı olub. Kanadada rekord sayda – 350 min nəfər, Silverstounda isə keçən ilin inanılmaz rekordunu təkrarlayaraq həftəsonu 480 min nəfər qeydə alınıb. Görürük ki, avtodromlarda hələ də anşlaq var və qarşıdakı yarışlara biletlərə tələbat yüksək olaraq qalır”.

Domenikali, həmçinin bildirib ki, FOM bu il artıq 24 mərhələdən ibarət olan çempionat təqvimini genişləndirməyi planlaşdırmır: “Biz potensial yeni yarış təşkilatçılarından sorğular almağa davam edirik, lakin bizim vəzifəmiz Formula1-ə uzunmüddətli perspektivlər təmin edəcək strateji balansı təmin etməkdir.

Məhdud sayda mərhələ fonunda belə yüksək tələbat promouterlər üçün innovativ yaradıcı yanaşma tətbiq etmək və artıq çempionat təqviminə daxil olan yarışların keyfiyyətini yaxşılaşdırmağa çalışmaq üçün şərait yaradır”.

Chosen
105
f-1.az

1Sources