EN

İranlı hakerlər Tramp və Baydenin seçki qərargahına hücum ediblər – KİV

İranla əlaqəsi olduğu iddia edilən hakerlər Respublikaçılar Partiyasından Donald Trampın və Demokratlar Partiyasından ABŞ Prezidenti Co Baydenin seçki qərargahına hücuma cəhd ediblər.Bu barədə mənbələrə istinadla "The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Məlumata görə, Bayden kampaniyasının üç əməkdaşı yarışı tərk etməzdən əvvəl fişinq e-poçtlar alıb.

Nəşr qeyd edir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) iki seçki qərargahından məlumat oğurlamaq cəhdlərinin arxasında İranın dayandığına iddia edir.

İndiyədək müstəntiqlərin seçki qərargahını "sındırmaq” cəhdlərinin uğurlu olduğuna dair dəlilləri yoxdur. Eyni zamanda, hakerlərin Trampın keçmiş müşaviri Rocer Stounun respublikaçıların seçki qərargahı ilə rəsmi əlaqəsi olmayan e-poçt yazışmalarına giriş əldə etdiyinə dair sübutlar var.

WP-nin məlumatına görə, FTB araşdırmaya 2024-cü ilin iyununda başlayıb. İstintaq çərçivəsində kəşfiyyat işçiləri başqa şeylərlə yanaşı "Google”a müraciət ediblər.

Nəşr onu da qeyd edir ki, Tramp kampaniyasının əməkdaşları əvvəlcə ona etimadsızlıq ucbatından haker hücumu cəhdi barədə FTB-ni xəbərdar etməyiblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də iyulun sonunda ABŞ kəşfiyyatının İranın ABŞ prezident seçkilərinə təsir göstərməyə cəhd etdiyini açıqladığını xatırladaraq, bu iddiaların doğruluğunu təsdiqləməkdən imtina edib.
 
"Beləliklə, biz onların niyyətlərindən xəbərdarıq”, - Kirbi deyib.


www.anews.az
Chosen
157
50
anews.az

10Sources