EN

Ət istehsalçısı barəsində protokol tərtib edildi

"Az Protein Foods Group" MMC-yə inzibati protokol yazılıb.


Pravda.az xəbər verir ki, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.

 

Qeyd: MMC ət istehsalı ilə məşğuldur.

 

Xəyal Quliyev

Tarix: 13 Avqust 2024, 08:21   
Chosen
78
2
pravda.az

10Sources