EN

2050-ci ilə qədər xərçəngdən ölüm 2 dəfə artacaq

Avstraliyalı alimlər 2050-ci ildə kişilər arasında xərçəngə tutulma halları ilə bağlı araşdırma aparıblar.
 

Sfera.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən alimlər belə qənaətə gəliblər ki, 26 ildən sonra bütün dünyada kişi əhalisinin xərçəng xəstəliyindən ölüm nisbəti demək olar ki, iki dəfə artacaq.


Avstraliyalı alimlər xərçəngə yoluxanların sayının 2022-ci ildə 10,3 milyondan fərqli olaraq 2050-ci ildə 19 milyona yüksələcəyini proqnozlaşdırınlar.


Eyni zamanda, onlar qeyd edibıər ki, ölüm göstəricisi demək olar ki, iki dəfə artacaq: 5,5 milyondan 10,5 milyona. Avstraliyalılar 185 ölkə və ərazidə 30 xərçəng növü ilə bağlı statistikanı öyrəndikdən sonra əldə etdikləri nəticələri mübahisələndiriblər.


Alimlər hesab ediblər ki, 2050-ci ildə ən çox yayılmış xərçəng növü ağciyər xərçəngi olacaq. Ancaq xəstəliklərdə ən böyük artım prostat xərçəngi tərəfindən göstəriləcək.

İnci
Sfera.az

Chosen
36
2
sfera.az

2Sources