EN

Putin: "Hərbçilərimiz USQ-ni sıxışdırıb çıxarmalı və sərhədi qorumalıdırlar"

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri, Kursk, Belqorod və Bryansk vilayətlərinin administrasiyası və rəhbərləri ilə operativ iclasda bildirib ki, Rusiya Müdafiə Nazirliyi düşməni Rusiya ərazisindən sıxışdırıb çıxarmalı və dövlət sərhədini qorumalıdır. Dövlət başçısının sözlərinə görə, bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasına qiymət daha sonra veriləcək."Bu həyata keçiriləcək. Ancaq indi əsas məsələ müəyyən anda yaranan və vəziyyətin inkişafı ilə bağlı proqnozlara əsaslanan aktual problemləri həll etməkdir”, - Putin vurğulayıb.Bundan əlavə, prezident FSB və Rusiya Qvardiyasına Ukrayna təxribat qruplarına qarşı effektiv mübarizə aparmaq üçün Kursk vilayətində antiterror əməliyyatı rejimini təmin etməyi tapşırıb. Eyni zamanda, Putin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumunun məqsədi diqqəti Donbasdakı döyüşlərdən yayındırmaqdır."Bu cür hərəkətlər, əlbəttə ki, əsas hərbi məqsədə, yəni qoşunlarımızın "Luqansk və Donetsk xalq respublikaları”nın ərazilərini, Novorossiya ərazisini tamamilə azad etmək üçün irəliləyişini dayandırmaqdan ibarətdir", - Rusiya prezidenti əlavə edib.Putin xatırladıb ki, Rusiya Silahlı Qüvvələri "irəliləməyə” davam edir."Aydındır ki, düşmən ölkəmizin daxili siyasi vəziyyətini sarsıtmaq üçün sərhəd zonasında vəziyyəti daha da pozmağa çalışacaq”, - Putin bildirib.Xatırladaq ki, daha əvvəl Kursk vilayətinin Belovski rayonunun rəhbərliyi sakinləri təxliyə etməyə çağırıb.RUBRİKA.AZ





Facebook-da paylaş

Chosen
38
50
rublika.az

10Sources