EN

Qəbələdə ilk dəfə olaraq endoprotez əməliyyatlarının icrasına başlanılıb » Medical Media


Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması TƏBİB-in strateji hədəflərindən biridir.

Bu hədəflərə çatmaq üçün həyata keçirilən yeniliklərdən biri də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Tibb müəssisəsində ilk dəfə endoprotez əməliyyatlarının icrasına başlanılıb.

Tibb müəssisəsinə bir gündə iki pasiyent müraciət edib. Onlardan biri yol-nəqliyyat hadisəsi nəticəsində müraciət edən Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü pasiyent olub. “Sağ bud sümüyünün boyun sınığı, hər iki qasıq sümüyünün sınığı” diaqnozu qoyulan pasiyentə sağ bud-çanaq oynağının artroplastikası əməliyyatı icra olunub.

Digər şəxs, "Qonartroz” diaqnozu qoyulan 1960-cı il təvəllüdlü Qəbələ rayon Nic qəsəbə sakini üzərində isə diz oynağının artroplastikası əməliyyatı icra edilib.

Hər iki əməliyyat xəstəxananın həkim-travmatoloqu-ortoped-cərrahı Azər İlyasov, Əhməd Rəşid, həkim-anestezioloq-reanimatoloq Həyat Ədilova tərəfindən həyata keçirilib və uğurla başa çatıb.

Əməliyyatdan sonra pasientlərə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicələri stasionar şəraitdə davam etdirilir.
Chosen
58
10
medicalmedia.az

10Sources