EN

Transgender olduğu iddia edilən boksçu çempion oldu - FOTOLAR

Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında ən çox danışılan idmançılardan olan əlcəzairli boksçu İman Xelif Olimpiya çempionu olub.

Sportinfo.az xəbər verir ki, Xelif çinli rəqibi 32 yaşlı Liu Yanqa qalib gəlib.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karin İman Xelifin transgender olduğunu bildirərək döyüşməkdən imtina etmişdi.

Daha sonra Xelif açıqlama verərək boksçu Anjela Karinin onu yaxşı tanıdığını və onunla birgə rinqlərdə məşq etdiyini bildirib. Xelifin sözlərinə görə, bu iddia ilə ona təsir etmək üçün media kampaniyasından istifadə ediblər.

Xelif və Tayvan təmsilçisi Lin Yutinq bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyiblər.

Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi Xelifin Paris-2024 Olimpiya Oyunlarında iştirakına icazə verib və izah edib ki, onun işi “transgender məsələsi” deyil, yalançı hermafroditizmin təzahürü, ikincil cinsi xüsusiyyətlərin xromosom cinsinə uyğun gəlməyən inkişaf anomaliyasıdır.

25 yaşlı Xelif kifayət qədər uğurlu idmançıdır. 2021-ci ildə Tokioda keçirilən sonuncu Olimpiadada o, nəinki boks yarışlarında Əlcəzairin ilk təmsilçisi olub, həm də 1/4 finala yüksəlib.

Bir il sonra Xelif Afrika Çempionatının və Aralıq dənizi Oyunlarının qalibi olub, həmçinin Beynəlxalq Boks Assosiasiyası tərəfindən keçirilən Dünya Çempionatında ikinci yeri tutub.

Həmin vaxt idmançının bu uğurlarının onun kişi olması ilə əlaqələndirilə biləcəyi barədə məlumat verilmirdi.



Chosen
42
2
sportinfo.az

10Sources