EN

Zirəddindən şok proqnoz: Bu türk ölkəsini İraq və Ukraynanın aqibəti gözləyir

Astroloq Anna və Aleksey Suxanovlar Rusiya ilə bağlı bədbin proqnoz veriblər. Deyiblər ki, Ukraynada 2024-cü ildə mayın 17-dən 2025-ci il martın 5-dək Günəşin əlverişli astroloji alt dövrü başlayır ki, bu da müharibəni dayandırmağa imkan verir. Onların fikrincə, Rusiyada 2005-ci il sentyabrın 20-dən 2023-cü il sentyabrın 21-dək olduğu kimi, daxili münaqişələr artacaq.

Sitat: “Ciddi dəyişikliklər baş verənə qədər Rusiya Federasiyasında problemlər artacaq. Hazırkı hökumət nə qədər uzun müddət sükan arxasında qalarsa, bu, bütövlükdə Rusiyaya bir o qədər ağrılı təsir edəcək. Hakimiyyət dəyişikliyindən sonra Rusiyanın parçalanmasına və ya ərazilərinin bir hissəsinin ayrılmasına səbəb ola biləcək daxili qarşıdurmalar və problemlər dövrü başlayacaq. Bu zaman Rusiyanın Ukraynaya ayıracağı vaxtı olmayacaq”.

Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev adı çəkilən astroloqları tanımadığını bildirib.

O deyib ki, həmin adamların dedikləri cəfəngiyyatdan başqa bir şey deyil:

“Tarix söyləmədən necə demək olar ki, bu olsa belə olacaq, bu olmasa belə? Bu gün Ukrayna öz məğlubiyyətini nəzərə alıb Rusiyanın diqqətini Kursk, Lipetsk kimi yerlərə yönəltmək istəyir. Çünki məğlub olur. Rusiya ilə müharibə meydanında bacarmadığı üçün də belə addımlar atırlar. Düşünmürlər ki, bu, onları xilas etməyəcək”.

Zirəddin Rzayev daha öncə verdiyi proqnozdan bəhz edib:

“Sizə verdiyim ötən müsahibələrdə şərqdə yeni savaş qığılcımlarının olacağını demişdim. Bu, belə də oldu. İndi isə deyirəm ki, növbədə Qazaxıstandır. Çox təəssüf ki, Qazaxıstanı Suriyanın, İraq və Ukraynanın aqibəti gözləyir”.

Ekstrasenin fikrincə, nüvə silahı işə salınmayacaq:

“Rusiya eyni Amerika kimi nüvə silahına malik bir hegemon ölkədir. Bu kimi dövlətlərin yaxın illərdə parçalanma ehtimalını irəli sürmək şizofreniyanın bir əlamətidir. Təbii ki, kimin doğru, kimin yanlış olduğunu zaman göstərəcək. Kimin-kim olduğunu isə hamı yaxşı bilir”. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
6
news365.az

10Sources