EN

Məlumatlarınız ABŞ-ın əlinə keçəcək - “OpenAI” razılaşdı

Süni intellektdə inqilab edən “OpenAI” ABŞ hökuməti ilə əməkdaşlıq edərək süni intellekt modellərini paylaşacaq.

Publika.az xəbər verir ki, “OpenAI” öz süni intellekt modellərini ABŞ hökuməti ilə bölüşmək qərarına gəlib.

“OpenAI”nin CEO-su Sam Altman ABŞ-ın Süni İntellekt Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq edəcəyini və dövlət agentliyinə növbəti böyük süni intellekt modelinə erkən giriş imkanı verəcəyini açıqlayıb.

O, hesablama resurslarının 20 faizini təhlükəsizlik tədqiqatlarına ayırmağı öhdələrinə götürdüklərini də bildirib. Lakin bu resursun ayrıldığı komitənin rəhbərlərinin şirkətdən getdiyini nəzərə alsaq, bu öhdəliyin nə dərəcədə yerinə yetirildiyi sual altındadır.

Chosen
67
26
publika.az

10Sources