EN

Hacı Əliyev 1/4 finalda məğlub oldu – Yenilənib


Sərbəst güləşçimiz Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəsini davam etdirib.
Yenavaz.com
xəbər verir ki, idmançımız 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə qarşılaşıb.
Üçqat dünya və dördqat Avropa çempionu rəqibinə 10:3.hesabı ilə məğlub olub.
Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.

***14:57 
Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev 1/8 finalda meksikalı Ostin Qomeslə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevlə üz-üzə gələcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
6
yeniavaz.com

10Sources