Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.
Demokrat.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə dünən saat 17:30 radələrində Bakıda baş verib. Yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə “VAZ 2107” markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.
Görülən tədbirlərlə sürücü 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.
E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə gödərilib.
***
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qərarla Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
10Sources
-
demokrat.az“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi — VİDEO ( 9666974)
-
redaktor.azAvtoxuliqanlıq edən şəxslə bağlıQƏRAR ( 9666446)
-
buta.tvPolisə müqavimət göstərən sürücü ilə bağlı qərar ( 9666068)
-
yeniavaz.comBakıda avtoxuliqanlıq edən sürücü həbs edildi – Yenilənib + Video ( 9665966)
-
yeniavaz.comBakıda avtoxuliqanlıq edən sürücü həbs edildi – Yenilənib + Video ( 9665963)
-
axar.azPolisə müqavimət göstərən sürücü ilə bağlı qərar ( 9665762)
-
yenisabah.az“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi ( 9665069)
-
far.azHadisə / VideoBakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB - VİDEO ( 9664814)
-
day.azAvtoxuliqanlıq edib tabesizlik göstərən şəxs həbs edildi ( 9664403)
-
teleqraf.com“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi ( 9664199)