EN

HƏMAS İsraillə razılaşma üçün bu iki şəxsin azad edilməsini tələb etdi

Fələstinin HƏMAS radikal hərəkatı İsraillə barışıq əldə etmək üçün FƏTH hərəkatının liderlərindən biri Mərvan Bərquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXCP) baş katibi Əhməd Səadatın azad edilməsini tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə Misirin “Al-Youm as-Sabia” portalı mənbələrə istinadən məlumat yayıb.

Fəallar həmçinin bir sıra fələstinli məhbusların azad edilməsi üçün təzyiqlər ediblər. Materialda deyilir ki, bu tələb Fələstinlilər arasında “Həmasın milli birliyə nail olmaq cəhdi” kimi qiymətləndirilə bilər.

Başqa bir şərt olaraq, hərəkat həbsdə olan bütün qadınların və azyaşlıların azadlığa buraxılmasını tələb edib. 

Barquti 2004-cü ildən bəri həbsdə olan terror aktlarının təşkilində ittiham olunaraq İsrail məhkəməsi tərəfindən 5 ömürlük həbs cəzasına məhkum edilib. Səadət isə 2001-ci ildə Qüdsdə İsrailin turizm naziri Rehavam Zeevinin qətlini təşkil etməkdə günahlandırılaraq 2008-ci ildə 30 il müddətinə azadlıqdan məhrum edilib.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
50
unikal.az

10Sources