EN

Güləşçimiz yarımfinala vəsiqə qazandı

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünü keçirib.

 

Pravda.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu raundda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gəlib.


Rəqibini “tuş”la (tam üstünlük) məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi Robert Baran (Polşa) - Geno Petriaşvili (Gürcüstan) cütünün qalibi olacaq.

Tarix: 9 Avqust 2024, 16:15   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
8
pravda.az

10Sources