Bakı. Trend:
Avqustun 8-də ölkə ərazisində qeydə alınan 34, əvvəlkidövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə,axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxsqismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.