EN

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı -YENİLƏNDİ

Bu gündən 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagirdlərin elektron yerdəyişməsi başlayıb.

 

Sfera.az xəbər verir ki, proses sy.edu.az sistemi üzərindən həyata keçirilir.

 

Qeyd edək ki, 10-cu siniflərin şagirdləri üçün elektron yerdəyişmə prosesi 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

 

***

 

14:36

 

Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriıəcək.

Bu barədə Gundem.az-a Elm vəTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

Chosen
113
49
gundem.az

10Sources