Elza Seyidcahan Ziyad Səmədzadənin dairəsindən namizəd oldu
Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.
Lent.az-ın məlumatına görə, E.Seyidcahan bildirib ki, namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.
Xatırladaq ki, həmin dairədən Ziyad Səmədzadə də deputatlığa namizədliyini irəli sürüb.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.