EN

Əziz abituriyentlər ! DİQQƏT

Əziz abituriyentlər !Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə ixtisas seçiminə start verilir. Siz, həyatınızın yeni mərhələsinin astanasındasınız. Gələcək həyat yolunuzu tələbəlik illərində qazandığınız bilik, bacarıq və təcrübələr müəyyən edəcəkdir. Hər birinizi Möhtərəm Prezidentimiz tərəfindən yaradılmış Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansını dəyərləndirməyə çağırırıq.Müasir infrastrukturu, yeni akademik məzmunu və peşəkar heyəti olan Qarabağ Universiteti Sizə keyfiyyətli ali təhsil xidmətləri, fərdi inkişaf imkanları, məzmunlu tələbə həyatı və maraqlı sosial fəaliyyətlər vəd edir. Əmin ola bilərsiniz ki, yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş yetişdirməyi hədəfləyən Qarabağ Universiteti qısa müddətdə nüfuzlu elm və təhsil mərkəzlərindən birinə çevriləcəkdir. Əziz abituriyentlər! Tarixi Zəfərin qazanıldığı torpaqlarımızda fəaliyyət göstərəcək tələbə fokuslu və tədqiqat əsaslı Qarabağ Universitetini seçin! Tələbə gənclərlə eyni dildə danışmağı bacaran akademik-inzibati heyəti formalaşan Qarabağ Universiteti ailəsinin üzvü olun!   Yüksək intellektli, müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ baxışlı və innovativ düşüncəli məzunlar yetişdirəcək Qarabağ Universitetinin tələbəsi olun!   Hər birimizin qüruru olan Qarabağ Universitetini birlikdə quraq!

Chosen
39
tehsilforumu.az

1Sources