EN

Paris-2024: Osman Nurmaqomedov 1/4 finalda

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi start götürüb.

İlk gündə iki çəkidə qarşılaşmalar başlayıb. Azərbaycan millisi hər iki kateqoriyada təmsil olunur.

Sərbəst güləş57 kq1/8 finalƏliabbas Rzazadə yarışa 1/8 finaldan başlayıb. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının startda Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə güləşib. Görüş rəqibin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb.

86 kqOsman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxıb. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gəlib. Qarşılaşmada idmançımız 11:2 hesabı ilə qalib gəlib. Nurmaqomedov 1/4 finalda Nazem Aminlə (San Marino) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.

TEMPİNFO

Chosen
7
1
tempinfo.az

2Sources