EN

AFFA-dan Elvin Cəfərquliyevlə bağlı qərar

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev cəzalandırılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, Azərbaycan Premyer Liqasının I turunun "Araz-Naxçıvan" - "Qarabağ" matçının 78-ci dəqiqəsində ikinci sarıya görə qırmızı vərəqə alıb. Bu üzdən Cəfərquliyev 1 oyun cəzalanıb. O, "Qarabağ"ı 500 manat ziyana salıb.

Qeyd edək ki, oyun Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
43
5
milli.az

5Sources