EN

Qarabağ Universiteti ilk dəfə “Abituriyent” jurnalında

Məlum olduğu kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib.

Publika.az xəbər verir ki, tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisasların yer aldığı jurnalda ilk dəfə ali təhsil müəssisələrinin siyahısında Qarabağ Universiteti də yer alıb.

Universitetin təklif etdiyi III qruplar üçün olan siyahıda Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi, beynəlxalq münasibətlər, hüquqşünaslıq və tarix ixtisasları qeyd olunub.

Chosen
28
5
publika.az

6Sources