EN

Elvin Cəfərquliyev "siftə" elədi

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev cəzalandırılıb. Sport24.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
 
Müdafiəçi Azərbaycan Premyer Liqasının I turunun "Araz-Naxçıvan" – "Qarabağ" matçının 78-ci dəqiqəsində ikinci sarıya görə qırmızı vərəqə alıb. Bu üzdən Cəfərquliyev 1 oyun cəzalanıb. O, "Qarabağ"ı 500 manat ziyana salıb.
 
Qeyd edək ki, oyun Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
45
5
sport24.az

5Sources