“Müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı hələ ki, müzakirə aparılmır” Bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, hələ müəllimlərlə bağlı təsdiqlənmiş qayda kimi “müəllimlərin etik davranış qaydaları” var. "Təhsilverənlərin vahid məktəbli formasına keçməsi ilə bağlı müzakirələr aparılmır”,- o qeyd edib.