“Ukroboronprom” ilk dəfə “Defence News” reytinqinə görə dünyanın ən yaxşı 50 müdafiə şirkəti siyahısına daxil olub. Ötən il “Ukroboronprom” 65-ci yerdə qərarlaşmışdı.
Valyuta.z xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin məlumat verib.
“Reytinq hər il Defense News tərəfindən tərtib edilir. Əgər keçən il “Ukroboronprom” 65-ci yeri tutmuşdusa, indi birdən-birə 16 pillə sıçrayıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, dünyanın yüz ən böyük müdafiə şirkəti arasında məhz “Ukroboronprom” ən sürətlə böyüyür – onun 2023-cü il üçün gəliri 72% artaraq 2,2 milyard dollara çatıb.
2024-cü ilin ilk altı ayı göstərir ki, Ukrayna bu il də tempi qoruyur.
Nicat