EN

Paris 2024: Azərbaycan taekvondoçusu Olimpiadanın gümüş medalını qazanıb

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki,bu gün yarışların bütün medalçıları bəlli olub.

Əvvəlcə Qaşım Maqomedova məğlub olmuş Adrian Visente tunisli Mohamed Xalil Cendubi ilə qarşılaşıb. Cendubi 2:0 hesabı ilə (11:3, 12:1) qalib gələrək Olimpiadanın bürünc medalçısı olub.

Final görüşündə isə Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Cənubi Koreya idmançısı Park Te Conla üz-üzə gəlib. Gərgin keçən döyüşdə idmançımız zədələndiyi üçün tibbi yardım almaq məcburiyyətində qalıb.

Buna baxmayaraq, o, əzmkarlıq göstərərək görüşü sonlandırıb. Zədəsi ucbatından Park Te Cona 0:2 hesabı ilə məğlub olan (0:9, 1:13) Qaşim ölkəmizə Olimpiadanın gümüş medalını qazandırıb.

Chosen
76
9
nocomment.az

10Sources