EN

Yalçın Rəfiyev İƏT-nin İcraiyyə Komitəsinin toplantısına qatıldı

7 avqust 2024-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
18
teleqraf.com

10Sources