EN

“Araz-Naxçıvan” Slavik Alxasovla anlaşıb

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının II turunda “Şamaxı” iləqarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, klub məşqlərini Buzovna qəsəbəstadionunda həyata keçirir.

Gündəlik məşqlərlə bərabər transfer çalışmaları da davametdirilir. “Araz-Naxçıvan” bu dəfə Slavik Alxasovla anlaşıb. 31yaşlı cinah müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdətutulub.

Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasovmüxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/“Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə TərlanƏhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli,Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə vəKarlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev,Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev,Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçləmüqaviləni yeniləyib.

Məqalədə:
Chosen
115
5
az.trend.az

10Sources