EN

Mahir Emreli Almaniya klubunda - Rəsmi

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.


Müəllif: Teleqraf.com
Chosen
36
33
teleqraf.com

10Sources