EN

Polis Akademiyasına qəbul elan edildi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.
Bu barədə Manset.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6 – 8 avqust tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Chosen
71
30
manset.az

10Sources