Heydər Əliyev prospektində avtomobildə baş verən tüstülənmə sıxlığa səbəb olub.
Bu barədə Far.Az-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub:
Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər.
Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.
Far.Az sözügedən ərazidən görüntüləri təqdim edir:
Far.Az VİDEO