EN

Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan İMTİNA ETDİ

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək "Qarşılıqlı fəaliyyət-2024" təlimində iştirakdan imtina edib.

Olaylar.az Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək "Kobalt-2024" təlimlərində də iştirakdan imtina edib.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını açıqlasa da, bununla bağlı konkret tarix göstərməyib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
61
22
olaylar.az

10Sources