EN

Məktəblərdə vakansiyaların gizlədilməsi halları olduqda agentliyə dəqiq məlumat verilsin

Məktəblərdə vakansiyaların gizlədilməsi halları mümkün ola bilər”.  İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev qeyd edib. O vətəndaşlara çağırış edərək qeyd edib ki, belə halla qarşılaşdıqları zaman agentliyə dəqiq məlumat versinlər: "İl boyunca 17- 18 minə qədər vakansiya da təqdim olunur. 3 minə qədər vakansiyanın seçilməməsinin səbəbi isə adətən məktəblərin mərkəzlərə uzaq yerlərdə yerləşməsi ilə əlqələndirilir. Lakin bu məktəblərdə də ixtisas üzrə müəllimlərin təmin edilməsi üçün biz o, vakansiyaları təkrarən seçimə təqdim etməliyik Bəzən bizə müraciət edirlər ki, filan bölgədə vakansiya gizlədilir, gedin araşdırın. Yaxşı olar ki, vətəndaşlar vakansiyanın gizlədildiyi məktəb və hansı fənn olduğunu dəqiq şəkildə bizə çatdırsınlar. Yalnız bölgə adı çəkərək bizim araşdırmamızı tələb etmələri düzgün deyil. Əgər məktəb barədə ətraflı məlumat verilərsə, bu hall araşdırılır və qanun çərçivəsində müvafiq addımlar atılır”.

Chosen
66
2
tehsilforumu.az

3Sources