EN

İranda yanacaq tankerləri partladı - Sərhəd bağlandı

İranın Xorasan-Rəzəvi əyalətinin Taybad şəhərində xüsusi iqtisadi zonada yanacaq tankerlərinin partlaması nəticəsində Doqaron gömrüyü və sərhəd-keçid məntəqəsi bağlanıb.   Manset.az xəbər verir ki, hadisə nəticəsində, həmçinin, avtomobillərin hərəkəti dayandırılıb.

Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndəriliblər, dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb.

Chosen
17
9
manset.az

7Sources