EN

İranda yanacaq tankerləri partladı: Sərhəd bağlandı

İranın Xorasan-Rəzəvi əyalətinin Taybad şəhərində xüsusi iqtisadi zonada yanacaq tankerlərinin partlaması nəticəsində Doqaron gömrüyü və sərhəd-keçid məntəqəsi bağlanıb.

Bu barədə seher.media "Azad İran" "Telegram" kanalına istinadən bildirir.

Məlumata görə, hadisə nəticəsində, həmçinin, avtomobillərin hərəkəti dayandırılıb.

Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndəriliblər, dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb.

İranda Doqaron-Taybad xüsusi iqtisadi zonasında yanacaq çənlərində güclü yanğın baş verib.

seher.media-ın "Tasnim"ə istinadən xəbərinə görə, bu barədə Xorasan-Rəzəvi əyalətinin Taybad şəhərinin siyasi nümayəndəsi Məhəmməd Rza Rezai məlumat verib.

"Taybaddakı Doqaron xüsusi iqtisadi zonasında yanacaq çənlərində böyük yanğın baş verib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər göndərilib, lakin dəymiş ziyanın həcmi hələlik açıqlanmır. Nəticədə 3 İran tankeri və bir Əfqanıstan tankeri tamamilə yanıb. Bu iqtisadi mərkəzdə yanğından çıxan tüstünü 18 kilometrə qədər məsafədən görmək mümkündür. Yanğının Doqaron sərhəd-gömrük ərazilərinə keçməsinin qarşısını almaq üçün bölmələr bu iqtisadi mərkəzin sakinlərini təxliyə ediblər", - deyə Məhəmməd Rza Rezai əlavə edib.

Chosen
30
9
seher.media

7Sources