EN

Sərxoş halda saxlanılan Castin hakim qarşısına çıxdı

İyunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan və daha sonra zaminə buraxılan Castin Timberleyk video zəng vasitəsilə hakim qarşısına çıxıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, qısa məhkəmə prosesi zamanı hakim onun təqsirsizlik iddiasını qəbul edib və Nyu-York ştatında sürücülük hüququnu ləğv edib.

Hazırda Avropada qastrol səfərində olan müğənninin ABŞ-a qayıtması tələb olunmayıb.

Qeyd edək ki, iyunda dayanma nişanının tələbinə əməl etməyən müğənnini polis təqib etməyə başlamışdı. Sənətçi qaçmağa çalışsa da, polislər onu dayandırmışdılar.

Chosen
46
4
day.az

7Sources