EN

Kürəatmada ilk üçqat olimpiya çempionu

ABŞ-li Rayan Krauzer atletikanın kürəatma yarışlarında qələbə qazanıb. O, aləti 22,9 metr məsafəyə tullayıb.

İkinci yeri həmyerlisi Co Kovaç tutub. Onun nəticəsi 22,15 metrə bərabər olub. Üçüncü yerdə isə Yamaykadan Radjira Kempel qərarlaşıb. Onun da nəticəsi Kovaçla eyni olub. Lakin əlavə göstəricilərə görə, Yamayka idmançısı bürünc medala sahib çıxıb. Bu, Yamayka tarixində kürəatmada ilk olimpiya medalıdır.

Krauzer isə 3-cü dəfə Olimpiya Oyunlarının qalibi olub. Beləliklə də , Rayan kürəatma tarixinin ən yüksək nəticəsinə imza atıb.

Xatırladaq ki, bu növdə dünya rekordu da məhz ona məxsusdur. Keçən il Los-Ancelesdə keçirilən dünya çempionatında o, aləti 23,56 metr məsafəyə tullaya bilmişdi.

Chosen
40
50
futbolinfo.az

10Sources