Olimpiadanın qızıl mükafatçısı cüdoçu Hidayət Heydərov 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasının da birincisi olmaq niyyətində olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.